Наш свадебный сайт. 52
Azer и Aliye
2 марта 2011 года

Подготовка: ROSS UİLSON DANIŞDI


İsrail NATO-nun imkanlarından istifadə edə bilməz. "Qafqazinfo"nun məlumatına görə, bu sözləri "Euronews" kanalına müsahibə verən Türkiyənin prezidenti Abdullah Gül deyib. O, NATO-nun quracağı raket sisteminin ittifaqın üzvü olmayan ölkələrlə, xüsusilə İsraillə əlaqələndirilməsi barədə suala belə cavab verib: "Elə şey ola bilməz. Çünki bu, tamamilə NATO-ya üzv olan ölkələrlə bağlı məsələdir". Onun sözlərinə görə, İsrail NATO-ya üzv olmadığı üçün NATO ilə əməkdaşlıq edə bilməz: "Açıqca deyirəm ki, belə şey ola bilməz. NATO-nun imkanları İsrail tərəfindən istifadə edilə bilməz". "Türkiyə "Mavi Mərmərə" gəmisinə hücumdan sonra İsraili Yaxın Şərqdə dost və müttəfiq ölkə kimi görürmü" sualına Abdulla Gül belə cavab verib: "Təbii ki, Mavi Mərmərə çox şeyi dəyişdi. Açıq deyim ki, bir çox şeyi… Çünki İsrail ordusu Aralıq dənizində humanitar yardım etmək üçün gedən gəmilərə hücum edib və insanları öldürüb. Bizim bunu unutmağımız mümkün deyil". Gül bildirib ki, beynəlxalq hüquqa bağlı, BMT-yə üzv olan bir ölkə kimi İsrail beynəlxalq hüquq çərçivəsində öz səhvini düzəldə bilərdi. O, İsrailin hələ bunu etmədiyini qeyd edib. Gül məhz bu səbəbdən hadisəni unutmadığını bildirib. Abdullah Gül "İsrail Türkiyənin dostluğunu itirdimi" sualına isə "Şübhəsiz... Yəni Türkiyənin, türk xalqının dostluğunu itirdi"- deyə cavab verib. Qeyd edək ki, Abdullah Gülün bu müsahibəsi bu gün axşam saatlarında 10 fərqli dildə yayımlanacaq.

Мы женаты 13 лет 7 месяцев и 16 дней