Наш свадебный сайт. 21
Azer и Aliye
2 марта 2011 года
Azer и Aliye

Добро пожаловать!

"Wikileaks"in açıqlamağa başladığı 251 min sənəddən ibarət nəhəng arxivdə Vaşinqtondan sonra ən aktiv paytaxt Ankaradır. 2002-ci ildən bəri Ankaradan Vaşinqtona 7 918 sənəd göndərilib. Türkiyənin "Kanal D" televiziya kanalında məşhur aparıcı Mehmet Əli Birandın "32-ci gün" proqramına telefonla qoşulan ABŞ-ın Ankaradakı sabiq səfiri Ross Uilson öz fəaliyyətindən qürur duyduğunu dilə gətirdi.

Cənab səfir diplomatiyanın "11 sentyabr"ına bənzədilən hadisələrlə bağlı aşağıdakı etirafları edib: "Mən səfir işlədiyim müddətdə etdiyim işlərdən qürur duyuram. Məndən sonra, məndən öncə çalışan diplomat həmkarlarımın etdiklərindən də qürur duyuram. Çünki bizlər fəaliyyət göstərdiyimiz ölkələrdə baş verən hadisələr barədə həqiqətləri təmsil etdiyimiz dövlətə çatdırmağa çalışmışıq. Əgər məlumat veririksə, bu, bizim hər şeyi bildiyimiz, ya da dediklərimizin tam doğru olduğu demək deyil". Aparıcının "Siz Davudoğlunu təhlükəli bir insan kimi qəbul etdinizmi" sualına səfir belə cavab verib: "Xeyr. Xarici işlər naziri Əhməd Davudoğlu bizim dostumuzdur və onu son dərəcə inandığımız bir şəxs olaraq qəbul edirik. Cənab nazir son dərəcə dəyərli bir dövlət xadimidir. Məncə, nazirlə bağlı məlumatlar çox şişirdilib. Bu sənədlərdə ölkənizin dəyişməsi barədə bir çox məlumatlar var. Türkiyə bölgədəki əsas müttəfiqlərimizdəndir. Bəli, son zamanlar Türkiyənin siyasətində yön dəyişmələri var. Bunlar rəsmi Ankaranın bölgədə irəli çıxmaq istəməsidir. Təbii ki, bu da Amerikanın bölgədə görmək istədiyi və hədəfləri ilə üst-üstə düşən Türkiyədir."

Qeyd. Ross Uilson 1955-ci ildə ABŞ-ın Mi\neapolis ştatında doğulub. 1977-ci ildə Mi\nesota Universitetinin bakalavr pilləsini bitirib. 1979-cu ildə Kolumbiya Universitetində magistr dərəcəsi alıb. 1995-ci ildə ABŞ Müharibə Kollecini bitirib.Diplomatik karyerasının əvvəlində Dövlət Departamentində Sovet İttifaqı və Misir məsələləri üzrə müşavir vəzifəsində çalışıb. 1980-1982-ci və 1987-1990-cı illərdə ABŞ-ın SSRİ-dəki, 1985-1987-ci illərdə Çexiyadakı səfirliyində işəlyib. 1990-1992-ci illərdə ABŞ dövlət katibi müavininin iqtisadi məsələlər üzrə xüsusi köməkçisi, 1992-1994-cü illərdə Dövlət Departamentində icraçı katibin müavini vəzifələrində çalışıb. 1995-1997-ci illərdə ABŞ-ın Melburunda baş konsulu olub. 1997-2000-ci illərdə dövlət katibinin MDB üzrə xüsusi müşaviri vəzifəsini daşıyıb. 2000-2003-cü illərdə ABŞ-ın Azərbaycanda səfiri olub. 2003-cü ilin iyunundan 2005-ci ilin fevralına kimi ABŞ-ın Ticarət Nümayəndəliyində işləyib. 2005-ci ilin oktyabrından 2008-ci ilə qədər ABŞ-ın Türkiyədəki səfiri olub.

Мы женаты 13 лет 4 месяца и 25 дней